“Bakı” Sloveniyada hazırlıqlara başladı
29.06.2011 - 08:14
“Bakı” Sloveniyada hazırlıqlara başladı
Yeni mövsüm hazırlıqlarına start verən "Bakı" klubu bu gündən etibarən toplanışı Sloveniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin hazırlıq dövründə keçirəcəyi 2 yoxlama oyununun başlama vaxtı da məlumdur. İlk yoxlama oyunu iyulun 2-də baş tutacaq. Yerli "Domjale" klubu ilə oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İyulun 5-də isə "Bakı" Xorvatiyanın "Dinamo" klubu ilə qarşılaşacaq. Bu yoxlama oyunu isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mənbə: pfl.az