Çempionlar Liqası qonaqların hegemonluğu ilə başladı
29.06.2011 - 08:38
Çempionlar Liqası qonaqların hegemonluğu ilə başladı
Avrokubokların 2011/12 mövsümünə start verilib. Apasport.az saytının məlumatəına görə, Çempionlar Liqası baş tutan 2 qarşılaşma ilə başlayıb. I təsnifat mərhələsinin ilk oyunları futbol “cırtdan”larının qarşıdurmaları ilə əlamətdar olub. Həm San-Marino, həm də Andorradakı görüşdə qonaqlar qalib gəlib. İnamlı qələbələr sayəsində Malta və Lüksemburq təmsilçiləri II təsnifat mərhələsinə doğru böyük addım atıblar.

I təsnifat mərhələsi

“Tre Fiori” (San-Marino) – “Valletta” (Malta) – 0:3
Denni, 43, Effionq, 50, Agius, 70-p.

“Santa Koloma” (Andorra) – “Düdelanj” (Lüksemburq) – 0:2
Leqros, 57, Kalyet, 79