Qızlar milli komandanın futbolçularını soydular
29.06.2011 - 09:09
Meksika milli komandasının futbolçuları soyğunçuluğa məruz qalıb. Apasport.az saytının məlumatına görə, 8 futbolçu – İsrael Himenes, Nestor Vidrio, Conatan dos Santos, Marko Fabian, Xorxe Ernandes, Xavyer Kortes, David Kabrera və Nestor Kalderon əşyaları qaldıqları oteldən oğurlanıb. Onlar yığmadan qovulublar və buna səbəb kimi Ekvador millisi ilə səfərdəki yoldaşlıq görüşündən öncə oteldə qızlarla görüşmələri göstərilib. İdman rejimimin pozulmasında günahlandırılan futbolçuların qızlar gətirməkdə təqsirləndirilir. Bu hadisənin gizli saxlanılması mümkün idi. Ancaq dəvət olunan həmin qızlar elə öz müştərilərini soyublar. Bunu Ekvador polisi aşkara çıxarandan sonra məsələnin üstü açılıb və 8 futbolçu Amerika Kuboku öncəsi millidən qovulublar.
Qeyd edək ki, meksikalılardan ən məşhuru “Barselona” və “Qalatasaray”da çıxışı ilə tanınan hücumçu dos Santosdur.
Qeyd edək ki, meksikalılardan ən məşhuru “Barselona” və “Qalatasaray”da çıxışı ilə tanınan hücumçu dos Santosdur.
0
0