Ağayevin dadına Əliyev çatdı
29.06.2011 - 10:14
Rusiya çempionatının II divizionunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Cənub zonasında X turun qarşılaşmaları baş tutub. Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” səfərdə “Maşuk KMV”nin qonağı olub. Artıq 4-cü dəqiqədə erkən qol buraxan Kaspiysk təmsilçisi 20 dəqiqə sonra Ruslan Əliyevin qolu ilə hesabda tarazlıq yaradıb - 1:1. Qonaqların xal qazanmasında Əliyevlə yanaşı ikinci hissədə meydan sahiblərinin vura bilmədiyi penaltinin də rolu olub.
Bu, Ağayevin baş məşqçi kimi səfərdə qazandığı ilk xal olub. Onun yetirmələri ilk 2 səfərdən məğlub dönmüşdü. Bu heç-heçədən sonra 10 oyuna 8 xal toplayan “Daqdizel” 18 komanda arasında 16-xı yerdədir.

0
0