Andrey Arşavin: Bakıya səfərimdən çox razı qaldım
29.06.2011 - 09:45
Londonun “Arsenal” klubunun futbolçusu Andrey Arşavin Azərbaycana səfərindən razı qalıb. Apasport.az saytının məlumatına görə, Rusiya milli komandasının kapitanı növbəti mövsümə hazırlıq öncəsi ölkəmizdə keçirdiyi bir neçə günlük istirahəti faydalı sayır. Bakıya həyat yoldaşı Yuliya ilə gələn Andrey uşaqlarını gətirə bilməyib: “Onlar bizimlə deyillər, hazırda Londondadırlar. Artyom məktəbdə dərs ilini başa vurur, Yana isə uşaq bağçasına gedir. Məzuniyyətimiz çox yaxşı keçirdik. Prinsipcə, planlaşdırdığımızın hamısını həyata keçirməyə imkan tapdım. Elə Bakıya səfərimdən də çox razıyam. Gözəl şəhərdir, həm qərbə, həm də şərqə bənzəyir. Bakının Dubaya oxşayan rayonları, tipik London küçələri var. Xəzər dənizində çimdik. Hazırda köhnə şəhərlə gəzirik, səhər isə Sankt-Peterburqa qayıdacağıq”.
Qeyd edək ki, Qəbələdə də istirahət edən Arşavin gələn ayın ilk 10 günlüyündə “Arsenal”ın heyətində Asiyaya – Malayziya və Çinə yoldaşlıq görüşlərinə yollanacaq.
Qeyd edək ki, Qəbələdə də istirahət edən Arşavin gələn ayın ilk 10 günlüyündə “Arsenal”ın heyətində Asiyaya – Malayziya və Çinə yoldaşlıq görüşlərinə yollanacaq.
0
0