Cüneyt Biçər “Xəzər Lənkəran”da
29.06.2011 - 10:16
“Xəzər Lənkəran” klubuna yeni idman direktoru təyin edilib. Apasport.az saytının məlumatına görə, bundan sonra komandanın aşağı yaş qruplarına rəhbərliyi türkiyəli mütəxəssis Cüneyt Biçər həyata keçirəcək. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
35 yaşı olan gənc mütəxəssis “Pazarspor”, “Muğlaspor” və “Bucaspor İzmir” klublarında çalışıb. Onun son iş yeri isə Türkiyənin “Altay” klubu olub. Geridə qalan mövsümdə Biçər orada baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
O, həmçinin Azərbaycan üçün də tanış simadır. Türkiyəli məşqçi “Bakı” klubunda uşaq-yeniyetmə komandalarının baş koordinatorunun köməkçisi və bir müddət də baş məşqçi vəzifəsində işləyib. O, bu postda ötən il Azərbaycan kubokunun sahibi olub. Maraqlıdır ki, Biçər həmin final oyununda yeni komandasını məğlub etmişdi – 2:1.
Qeyd edək ki, “Xəzər Lənkəran” idman direktoru tutan hollandiyalı mütəxəssis Fabian Veldviyklə ötən həftə sonu yollarını ayırmışdı.

0
0