Radomir Todorov: Keçidim 2 saata və ya 1 günə müəyyənləşə bilər
29.06.2011 - 10:40
“Bakı”nın sabiq futbolçusu Radomir Todorov karyerasını doğma vətəni Bolqarıstanda davam etdirə bilər. Apasport.az məlumatına görə, 30 yaşlı sol cinah müdafiəçisini “Çerno More” klubu transfer etməkdə israrlıdır. Komanda Varna “Spartak”ının yetirməsi olan futbolçu ilə keçidi müzakirə edib.
“Çerno More”nin sol cinah oyunçular Ademar Junior Sofiya MOİK-inə, Marko Tyaqu isə Kiprə yollanandan sonra bu mövqeyə futbolçuya ehtiyac yaranıb. Ancaq “Bakı” ilə 6 aylıq müqaviləsi bitəndən sonra azad agent statusuna malik Radomir hələ ki istirahətə üstünlük verir: “Keçidimi hələ şərh edə bilmərəm. Karyeramı harada davam etdirəcəyimi dəqiqləşdirməmişəm. Bu 2 saata və ya 1 günə müəyyənləşə bilər”.
Qeyd edək ki, 2007-ci ilin yayından ölkəmizdə çıxış edən Todorov qışda “Bakı”ya keçənə kimi “Xəzər Lənkəran”ın şərəfini qotuyurdu. Baş məşqçi Mirça Rednikin sərəncamında görmək istəmədiyi solaxay futbolçu Lənkəran klubunun tarixində ən çox oyun keçirən legioner kimi rekordçudur.

0
0