“Topaz” daha 2 nəfərə sevinc bəxş etdi - FOTO
29.06.2011 - 11:04
“Topaz” daha 2 nəfərə sevinc bəxş etdi - FOTO
“Topaz” ötən həftənin ən böyük pul uduşlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 7 gündə azarkeşlərdən daha 2 nəfər oyunları düzgün proqnozlaşdırıblar.

Onlardan 1-i 3 oyuna 300 manat pul qoyuluşu edərək, 6 min 272 manat 85 qəpik qazanc götürüb. Digəri isə 6 matçı düz tapıb. Həmin şəxs qoyduğu 22 manatın əvəzinə “Topaz”dan 13 min 613 manat 95 qəpik irəli düşüb.