“Real”dan Bakıda qanı tökülən futbolçuya sensasion təklif
29.06.2011 - 11:58
“Real”dan Bakıda qanı tökülən futbolçuya sensasion təklif
Madridin “Real” klubu London “Arsenal”ının kapitanı Sesk Fabreqasın keçidi ilə bağlı sensasion təklif edib. Apasport.az saytının məlumatına görə, “Kral klubu” 24 yaşlı ispan yarımmüdafiəçinin transferi üçün 50 milyon avro xərcləməyə hazırdır. “Arsenal” Fabreqasın satmağa hazırdır və onunla müqavilə bağlamağa əsas namizəd “Real”ın əzəli rəqibi “Barselona”dır. Ancaq londonlular keçidi razılaşdırmağa hazır olsalar da, kapitanını “Barsa”nın təklif etdiyi məbləğdən çox yüksək qiymətləndirir. Belə olmasaydı, “Arsenal” Seski heç satmazdır. Ancaq “Real”ın gözlənilməz təklifi ingilisləri yetərincə qane edir. “Barsa”nın xeyli vaxtdır göz dikdiyi yetirməsini qaytarmaq üçün bu məbləği təklif edəcəyi az inandırıcı görünür. “Arsenal”da 2003-cü ildən oynayan Fabreqas 212 oyunda 35 qol vurub.

Qeyd edək ki, Sesk 2009-cu ilin iyunun 9-da millisinin heyətində Bakıda yoldaşlıq görüşündə iştirak edib. Ancaq komandasının 6:0 hesabı ilə qalib gəldiyi həmin oyun futbolçu üçün uğursuz oldu. Belə ki, Fabreqas ilk hissənin sonunda futbolçumuz Zeynal Zeynalovla toqquşmadan sonra başı partladı və fasilədə əvəzlənərək, başı sarıqlı meydanı tərk etdi. Onun başına 6 tikiş qoyuldu.