Millimiz Almaniya klubuna qalib gəldi - FOTOSESSİYA
29.06.2011 - 11:31
Millimiz Almaniya klubuna qalib gəldi - FOTOSESSİYA
Almaniyada təlim-məşq toplanışını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri yoldaşlıq oyununda “Auqsburq” klubu ilə qarşılaşıb. Millimiz bu matçda 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bunadək Almaniyada 4 oyun keçirən millimiz 1 dəfə heç-heçə edib, 3 dəfə uduzmuşdu.

Mənbə: affa.az