“Xəzər Lənkəran” “Styaua”dan daha 2 legioner cəlb etdi
29.06.2011 - 12:12
“Xəzər Lənkəran” “Styaua”dan daha 2 legioner cəlb etdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsində daha 2 legioner yer alıb. Apasport.az saytının məlumatına görə, Rikardo Qomeş Vilana və Eder Joze de Oliveyra Bonfimlə Avroliqaya hazırlaşan komandanın təlim-məşq toplanışında yer alıb. Rumıniyanın “Styaua”nın klubundan gələn 30 yaşlı braziliyalılar yenidən komanda yoldaşı ola bilərlər.

Karyerası daha çox Rumıniyaya bağlı olan, dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Rikardo 2 il öncə “Unireya”nın heyətində ölkə çempionu olub, Çempionlar Liqasının qrupunda iştirak edib. Orta sahədə çıxış edən Ederin karyerası isə daha çox Portuqaliya ilə bağlıdır. “Benfika”, “Braqa” kimi klublarda oynayan Bonfim 2008-ci ildən Rumıniyada çıxış edir. O, “Styaua”da 19, Rikardo 16 oyun keçirib. Hər 2 legionerlə böyük ehtimalla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın transfer etdiyi rumıniyalı hücumçu Marius Onofraş da ötən mövsümü “Styaua”da keçirib.