Azərbaycan milli komandası dünyada 112-ci oldu
29.06.2011 - 12:28
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə daha 4 pillə geriləyib. 112-ci pilləyə düşən yığmamızın hesabında 282 xal var.
UEFA-nın reytinqində 44-cü olan millimizin Avro-2012-in seçmə mərhələsindəki rəqiblərindən ən böyük irəliləyişə son qələbəsini bizim üzərində qazanan Qazaxıstan yığması nail olub – 13 pillə. Cari seçmə mərhələdə ilk qolunu bizə vuran, ilk xalını bizimlə görüşdə qazanan orta asiyalılar 231 xalla 126-cı pillədə qərarlaşıb.
Avstriya yığması (479 xal) 9 pillə irəliləyərək, 65-ci yerə qalxıb. 7 pillə irəliləyən Türkiyə yığması (820 xal) 23-cü yerdə gedir. Qrupumuzun favoriti olan Almaniya millisi (1417 xal) 1 pillə yüksələrək, 3-cü yerə qalxıb. Belçika yığması (691 xal) 2 pillə irəliləyərək, 35-ci oldu. Milli komandamızın növbəti yoldaşlıq görüşünü keçirəcəyi, avqustun 10-da Bakıda görüşəcəyi Makedoniya yığması (338 xal) 98-dir. Maraqlıdır ki, yığmamızdan öncə Avropada məhz bu millidir. Makedoniya millisi Avropada son reytinqdə ən çox geriləyib (13 pillə).
Qeyd edək ki, FİFA-nın reytinqində əvvəlki kimi son dünya çempionu İspaniya yığması (1871 xal) başçılıq edir. Onun finalda yendiyi Hollandiya millisi (1661 xal) yenə 2-dir.

0
0