Həvəskarlara peşəkar dərsi - YENİLƏNİB
29.06.2011 - 21:46
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ikinci yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin yetirmələri məskunlaşdığı Fulmpes şəhərinin həvəskarlardan təşkil olunmuş komandasını sınağa çəkib.
Peşəkarlarla həvəskarlar arasında səviyyə fərqinin aşkar olduğu görüşdə lənkəranlılar meydan sahiblərini 12 cavabsız qola “qonaq ediblər”.
“Xəzər Lənkəran” qaldığı “Stubayerhof” otelinin məşq meydançasındakı matça bu heyətlə başlayıb: Kamran Ağayev, Andrey Mureşan, Adrian Skarlatake, Şəhriyar Xəlilov, Dino Eze, Çaba Borbeli, Florin Hidişan, Marius Onofraş, Alim Qurbanov, Elnur Abdullayev, Rahid Əmirquliyev.
Cənubluların elə rəqiblə də məşq etdiyi qarşılaşma 2 het-triklə əlamətdar olub. Komandaya Avstriyada qoşulan Çaba Borbeli görüşün əvvəlində, Rahid Əmirquliyev isə sonlarında “coşub.”
Qeyd edək ki, ilk matçında Almaniyanın “Dinamo” (Drezden) klubu ilə qarşılaşan “Xəzər Lənkəran” qolsuz heç-heçə ilə kifayətlənmişdi. Cənublular 2-ci matçında Kosovo “Trepça”sı ilə görüşməli olsalar da, sonradan qarşılaşmadan imtina etdilər.
“XƏZƏR LƏNKƏRAN” – “FULMPES” - 12:0
QOLLAR: Çaba Borbeli, 7-p., 19, 33, Elnur Abdullayev, 32, Alim Qurbanov, 37, 42, Florin Hidişan, 48, Marius Onofraş, 54, Tosin Dosunmu, 60, Rahid Əmirquliyev, 66, 67, 83

0
0