Saşa Stamenkoviç: “Maksimir” stadionuna “Srvena Zvezda”nın rənglərində çıxacağam
29.06.2011 - 14:19
Saşa Stamenkoviç: “Maksimir” stadionuna “Srvena Zvezda”nın rənglərində çıxacağam
“Neftçi”nin rəngləri ağ-qaradır və mən ilk gündən bu rəngləri sevdim. Lakin klub rəhbərliyi qarşısında öz şərtimi qoydum: mənim formam qırmızı olmalıdır, ya da ağ-qırmızı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.

Bakılıların serbiyalı transferi bu yayadək şərəfini qoruduğu “Srvena Zvezda”ya bağlılığını gizlətmir. O, Yuqoslaviya çempionatları vaxtından serblərə prinsipial rəqib olan Xorvatiya təmsilçisi olan Zaqreb “Dinamo”su ilə Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyuna qırmızı formada çıxmaq arzusundadır: “Neftçi”nin “Dinamo” ilə “Maksimir” stadionundakı qarşılaşmaya da “Srvena Zvezda”ya məxsus olan bu rənglərdə çıxacağam. Mən yatanda da “Srvena Zvezda”nın forması ilə yatıram. Mən bu komandanı o qədər çox sevirəm ki, heç atam da “Srvena Zvezda”nı bu qədər sevməyib. Onların bu il Serbiya çempionu olacağına ümid edirəm”.