“Neftçi” qrupa düşsə, nişanlımla stadionda konsert verəcəyəm”
29.06.2011 - 15:00
“Nişanlım Silviya Bakıda bizim üçün ev seçəcək. Biz onun bəyəndiyi mənzildə yaşayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.
Serbiyalı legioner komandasının Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyi ilə bağlı verdiyi vədi açıqlayıb: “Mənim üçün çox vacibdir ki, həmişə dəstəyini hiss etdiyim şəxs Bakıda mənimlə yaşasın. Gələn il orada Eurovision mahnı müsabiqəsi də keçiriləcək. “Neftçi”nin Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə bağlı klub rəhbərliyinə söz vermişəm. Bu baş verəcəyi halda stadionda Silviya ilə birlikdə duet oxuyacağam”.

0
0