Albaniya yığmasının kapitanı Bakıda müqavilə bağladı
29.06.2011 - 14:06
Mövsümlərarası fasilədə heyətini milli futbolçuları ilə gücləndirməyə qərar verən AZAL ilk belə transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, bakılıların ilkin razılıq əldə etdiyi Ervin Bullku bu gün ölkəmizə gələrək komandası ilə müqavilə imzalayıb. “2+1” sistemi ilə anlaşmanın altına imza atan Albaniya milli komandasının 30 yaşlı yarımmüdafiəçisinin AZAL-a gec qoşulması heç də səbəbsiz deyil.
Belə ki, o, iyunun 20-də Argentina yığması ilə Buenis Ayresdəki qarşılaşmada iştirak etdiyindən qısa istirahət etməsi zəruri sayılmışdı. “River Pleyt” klubuna məxsus “Monumental” stadionuna komandasını kapitan kimi çıxaran Bullku Azərbaycanda oynayan albaniyalılar arasında rekordçudur. Belə ki, yarımmüdafiəçi “Qarabağ”da və yığmada çıxışlarını davam etdirən həmyerliləri ilə müqayisədə millidə daha çox oyun keçirib. Bullku 32 dəfə milli forma geyibsə Ansi Aqoll və Admir Teli müvafiq olaraq 20 və 7 dəfə belə şans qazanıb. Düzdür, “Xəzər Lənkəran”da oynayan Elvin Beçiri daha çox 47 dəfə milli forma geyib. Lakin o son vaxtlar yığmada oynamır.

0
0