Mirbağır İsayev: Bu, mənə ağır zərbə oldu, danışmağa söz tapmıram
29.06.2011 - 15:31
“Klubun prezidenti Yaşar Rüstəmovla görüşüm oldu. O, Premyer Liqaya çıxan komandamıza baxa bilmədiklərini dedi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Abşeron” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.
37 yaşlı çalışdırıcının ötən mövsüm sükanı arxasında olduğu debütantda işi uğurlu oldu. Belə ki, İsayev “Abşeron”u Premyer Liqaya 1 ilə, özü də məğlubiyyətsiz, çempionatda 26 oyundan 23-də qalib gəlməklə çıxardı. Ancaq gənc çalışdırıcı bunun qarşılığında I divizionun çempionu etdiyi komandanın güclülər dəstəsində çıxış etməyəcəyini xəbərini aldı: “Bu, mənə ağır zərbə oldu. 10 aydır əziyyətini çəkdiyim komandanı Premyer Liqada görmək istəyirdik. Ancaq komandanın buraxılmasının səbəbini deyə bilmərəm. Mən həmişə maddi məsələlərə yaxın düşməmişəm, bundan uzaq olmuşam. Ancaq hazırda komanda yoxdur və əlbəttə, bu, mənə pis təsir edir. Ötən mövsüm gördüyümüz iş göz qabağında oldu. Komandanı öz əllərimizlə yığmışdıq. Bəzilərini əvəzedicilərdən götürmüşdük, bəziləri isə kənarda qalanlar idi. Bir vaxtlar heç kimə lazım olmayanları futbolu qaytardıq, indi bir sıra klubların diqqət mərkəzinə düşüb. Bax, bu, məni sevindirir”.
“Abşeron”un gənc çalışdırıcısı onunla əlaqə saxlayan futbolçularına özlərinə komanda tapmağı tövsiyə edib: “Söhbət mənim işləməyimdən getmir. Əsas məsələ komandanın keçdiyi bu yoldan sonra çıxışını dayandırmamağıdır. Əgər biz gördüyümüz bu uğurlu işdən kiməsə lazım deyiliksə...Mən danışmağa söz tapmıram. Hər şey Allahın ümidinə qalıb”.
Qeyd edək ki, “Abşeron” maddi problemlər üzündən Premyer Liqada çıxış etməyəcəyini Peşəkar Futbol Liqasına bildirib.
Mehman SÜLEYMANOV

0
0