Barak Obama özünü Lionel Messi ilə müqayisə etdi
29.06.2011 - 14:42
Barak Obama özünü Lionel Messi ilə müqayisə etdi
ABŞ prezidenti Barak Obama özünü argentinalı futbol ulduzu Lionel Messi ilə müqayisə edib. Apasport.az saytının məlumatına görə, MLS liqasının hazırkı çempionu olan “Kolorado Repids” klubunun prezidenti Cef Plaş dövlət başçısına 10 nömrəli formasını hədiyyə edib. O, bu zaman həmin nömrənin komandanın liderinə məxsus olduğunu bildirib.

Obama da öz növbəsində formanı alarkən, maraqlı açıqlama verib: “İndi mənim də Messi kimi 10 nömrəm var. Biz onunla eyni səviyyədəyik”.

Qeyd edək ki, “Barselona”da uzun illərdir oynayan Messi son 2 ildə dünyanın ən yaxşı futbolçusu seçilib.