“Minsk” Bakıya 18 futbolçu gətirdi
29.06.2011 - 16:11
“Minsk” Bakıya 18 futbolçu gətirdi
Avroliqanın I təsnifat mərhələsində AZAL klubunun rəqibi olacaq Belarusun “Minsk” klubu bu gün çarter reysi ilə Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Vitali Tarakanov paytaxtımıza 18 futbolçu gətirib.

Bunlar Skinderis, Lesko, Voronkov, Rəhmanov, Pyatruskas, Osipoviç, Pavlyuçek, Navikas, Qiqeviç, Saçivko, Loşankov, Şeqrikoviç, Saşenko, Razin, Soro, Puşnyakov, Vasilyuk və Zenkodur. “Minsk”in heyətində Şeryakov, Klimoviç və Xaçaturyan zədə səbəbindən Azərbaycana gələ bilməyiblər.

Belarus təmsilçisi bu gün axşam saatlarına oyunun keçiriləcəyi Şüvəlandakı “AZAL” stadionunda məşqə çıxacaq.

Qeyd edək ki, AZAL – “Minsk” oyunu sabah saat 20:00-da start götürəcək.