“Tvente” rəhbərliyi Vaqif Cavadovla bağlı qərar verdi
29.06.2011 - 16:22
“Tvente” rəhbərliyi Vaqif Cavadovla bağlı qərar verdi
Hollandiyanın “Tvente” klubu Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, hollandiyalı həmkarlarımız Enshede təmsilçisinin həmyerlimizlə müqaviləni pozacağı ilə bağlı qərar verdiyini iddia edir.

Onların yazdığına əsasən “Tvente” Vaqiflə müqaviləni dərhal pozmaq qərarına gəlib. Buna səbəb il yarımdır kluba bağlı olan futbolçunun hələ də klubun əsas heyətində debüt etməməyidir. “Bakı”dan icarədən qayıdan futbolçumuz yeni mövsümün hazırlıqlarında bir daha göstərib ki, “Tvente”nin əsas heyətində düşməyə iddia etmir.