“Qəbələ” qrup mərhələsini lider kimi tamamladı
29.06.2011 - 17:44
“Qəbələ” qrup mərhələsini lider kimi tamamladı
Ukrayna paytaxtı Kiyevdə “Obolon” turnirində çıxışını davam etdirən “Qəbələ”nin U-13 komandası qrup mərhələsini uğurla yekunlaşdırıb. Klubun mətbuat xidmətindən apasport.az saytının məlumatına görə, qrupun 3-cü – sonuncu oyununda Kiyev “Smena”sı ilə qarşılaşan təmsilçimiz növbəti qələbəsini qazanıb. Qəvələlilər Amin Seydiyev və Turan Manafovun qolları ilə iddialı rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra “Qəbələ” 7 xalla qrupu lider kimi tamamlayıb.

Təmsilçimizin yarımfinaldakı rəqibi “Zvezda” (Kiyev) kollektivi olacaq. Bu matç sabah Bakı vaxtı ilə 13:00-da baş tutacaq.