Növbəti treninq - FOTOSESSİYA
29.06.2011 - 16:59
Növbəti treninq - FOTOSESSİYA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə UNİCEF Azerbaijan arasında növbəti tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün “Sağlam həyat tərzi və uşaq haqları” mövzusunda treninq təşkil edilib. Mövcud olan əməkdaşlıq çərçivəsində baş tutan tədbir 201 saylı orta məktəbin stadionunda gerçəkləşib.

Qeyd edək ki, treninqlər bunadək AFFA-nın Futbol Akademiyasında və Şağan Olimpiya İdman Kompleksində keçirilmişdi.

Mənbə: affa.az