“Makkabi” - “Xəzər Lənkəran” görüşünün başlama saatı dəqiqləşdi
29.06.2011 - 17:52
“Xəzər Lənkəran”ın UEFA Avropa Liqasının çərçivəsində İsrailin “Makkabi” (Tel Əviv) klubuna qarşı keçirəcəyi ilk oyunun başlama saatı dəqiqləşib. Apasport.az-ın komandanın rəsmi saytına istinadən məlumatına görə, iyulun 14-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da (yerli vaxtla 20:30) start götürəcək. Görüş İsrailin paytaxtında “Blumfild” stadionunda keçiriləcək.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Lənkəranda olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Lənkəranda olacaq.
0
0