Nazim Süleymanov: “Minsk”i keçməyəcəyəmsə, onda niyə işləyirəm?
29.06.2011 - 18:17
Avroliqada Azərbaycanı təmsil edən Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin Şüvəlan qəsəbəsində AZAL stadionunda keçirdiyi mətbuat konfransında yalnız azərbaycanlı jurnalistlər iştirak edirdi. Süleymanov fikirlərinə Belarusun “Minsk” klubu ilə oyuna hazırlıqla bağlı başladı.
- İyunun 8-dən 30-dək keçirilən hazırlıq prosesimiz 3 mərhələdən ibarət olub. Bu 22 gündə fiziki, texniki, taktiki, psixoloji hazırlıq üzərində çalışdıq. Komanda 75-80 oyuna hazırdır.
- Bunun 100 faiz olmağına nə imkan vermir?
- Vaxt azlığı. Bu qısa vaxtda 100 faiz hazır olmaq çətindir. Mən inanıram ki, oyundan sonra bu faizlər qalxa bilər. Çünki qələbədən sonra əhval-ruhiyyə arta, psixoloji durum daha da yaxşılaşa bilər. Bu mənada ilk oyundan çox şey asılıdır. Əsas fikrimizi sabahkı görüşə yönəltmişik. Düzdür, kubok 2 oyundan ibarətdir və qalibin adına cavab görüşündə aydınlıq gələcək. Rəqibi ilk olaraq evdə qəbul etdiyimizdən, müsbət nəticə qazanmaq istəyirik. Bizə necə xeyirdisə, elə də olmalıdır.
- Yoxlama oyunu keçirməməyiniz problem yaratmayacaq?
- Tələbərlə 2 yoxlama oyunu keçirdik. Düzdür, bunlar elə yüksək səviyyədə olmadı. 3 dəfə ikitərəfli oynadıq və bunları üst-üstə gəlsək, 5 görüşümüz oldu. Əlbəttə, güclü rəqiblərlə özümüzü sınamaq istəyirdik. Onda futbolçularımızı daha yaxından yoxlaya bilərdik ki, onlar tam hazırdırlar, yoxsa yox. Mən futbolçularıma inanıram, güvənirəm. İnanıram ki, sabah meydanda öz oyunları ilə öz sözlərini deyəcəklər.
- AZAL daga çox müdafiə futbolu oynayır. Sabah avrokuboklarda ev oyununda komandanızın ifasında hücum futbolu görə biləcəyik?
- Mən fikrinizə hörmət edirəm. Ancaq AZAL-ın müdafiəmeylli futbol oynamağı ilə razı deyiləm. Bu, belə deyil. Məgər biz çempionatda o qədər qolları müdafiədən vurmuşuq? Evdə oynadığımızdan, hücum taktikasını seçmək lazımdır. Əlbəttə, azarkeşlərimiz, stadionumuz üstünlük verir. Mən baş məşqçi kimi fikirlərimi bildirirəm. Ancaq sizin sualınıza cavabı futbolçular meydanda verəcəklər.
- Komandanız sona kimi hücum edəcək, yoxsa qolu vurandan sonra müdafiəyə çəkiləcək?
- Əlbəttə, qalib gəlmək üçün mütləq hücum edib, qol vurmaq laqzımdır. Ancaq hücumu edərkən, müdafiəni unutmamaılıyıq. Evdə oynadığımızdan, qətiyyən qol buraxmamalıyıq. Öz meydanımızda imkan daxilində çox qol vurub, səfərə üstünlüklə yollanmalıyıq.
- Siz futbolçu kimi dəfələrlə avrokubok həyəcanı yaşamısınız. Avropada bundan da məsul oyunların iştirakçısı olmusunuz. İndi isə baş məşçqi kimi avrokuboklarda debüt edirsiniz. Bu 2 sınaq zamanı keçirdiyiniz hisslər çoxmu fərqlidir?
- Siz bu sualı verməklə, məni keçmişə qaytardınız. Futbolçu və məşqçi kimi keçirdiyim hisslər bir-birindən fərqlənir. Futbolçu olduğum zamanı meydanda olan 10 komanda yoldaşından ən yaxşı olmaq istəyirdim. Ancaq indi oyun zamanı 11 yox, 18 futbolçuya cavabdeh olacağam. İştirak ərizəsindən kənarda qalan, yəni 24 futbolçunun hamısına görə məsuliyyət daşıyıram. Əvvəl təkcə özüm üçün məsuliyyət daşıyırdımsa, indi hamı üçün cavabdehəm. Əlbəttə, indi daha çətindir.
- Ötən mövsüm bombardiriniz olan litvalı hücumçu Qvidas Yuşkanı çempionat bitəndən sonra yola saldınız. Ancaq onun yerinə aldığınız Elşən Məmmədov o səviyyədə hücumçu deyil. Bu mənada hücumda probleminiz olmayacaq?
- Yuşka çempoonatda pis təsir bağışlamadı. Qollar vurdu, komandamıza xallar qazandırdı. Ancaq son oyunlarda ayağını qoruyurdu. Futbolçu isə lazım olsa, komanda üçün başını da qoymalıdır. Əgər ayağını qoymursa, başını necə qoya bilər? Futbolçu meydanda mübarizə apararaq, özünü sübut etməli, heyətdə yerini özü təsdiqəməlidir. Elşən Məmmədov yerli futbolçudur, ona inanırıq. Komandamızda 4-5 hücumçu var. Düzdür, hücumda böyük rəqabət yoxdur. Baxışa hücumçular çağırmışdıq. Ancaq baxışa gələn hücumçu Elşəndən, Cavid Rəhimovdan zəifdirsə, onu niyə götürək?
- Rəqib haqda hansı məlumatları əldə edə bildiniz?
- “Minsk” haqda mümkün qədər çox məlumat toplamaq istəyirdik. “Dinamo”ya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunun diskinə baxdıq. Bildiyiniz kimi, bizdən fərqli Belarusda çempionat gedir. Biz öz qazanımızın nə vaxt qaynayacağını bilmirik. Ancaq onlarda artıq qaynayır, alışıb-yanır. Məgər “Real”, “Barselona”ya qarşı oynamaq olmaz? Sadəcə, 90 dəqiqədə öz komandanın gücünü göstərmək lazımdır.
- “Minsk”in hansı güclü tərəflərini qeyd edə bilərsiniz?
- Onlar əks-hücumlarda yaxşı oynayırlar. Orta sətdə Kot’İuvardan futbolçuları var, o, öz ötürmələri ilə cinahları işlədir. Sağda oynayan kapitanları pis təsir bağışlamır. Rəqib tez ötürmələr verir, qapıya çox zərbə vurur, standard vəziyyətlər fikir verirlər. Künc zərbəsindən ev tapşırıqlarını yerinə yetirirlər. Futbol gözlənilməzliyi ilə seçilir. Heç kim deyə bilməz ki, 41-ci dəqiqədə necə olacaq. Hər şey gözləmək lazımdır. Rəqibin oyununa diqqət yetirib, onu təhlil etsək də, ən önəmlisi öz oyunumuzdur. Elə etməlisən, meydanda öz oyununu rəqibə diqqət edəsən.. Biz AZAL klubu olaraq təkcə özümüzü yox, Azərbaycanı, futbolumuzu təmsil edirik.
- “Minsk”in idman direktoru Aleksandr Alekseyçikovla vaxtilə “Neftçi”də komanda yoldaşı olmusunuz. Onu futbolçu kimi necə xatırlayırsınız? Püşkdən sonra keçmiş komanda yoldaşınızla söhbətləşmisiniz?
- Alekseyçikov yaxşı futbolçu idi. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayırdı, yaxşı ötrümələr verirdi. O, İsveçərədə keçirilən püşkdə klubumuzun prezidenti Vaqif Qasımovla görüşüb. Püşkdən sonra Vaqif müəliflə danışdığım zamanı telefonu ona verdi. Alekseyçikov mənə azərbaycança dedi ki, tələsməyin. Ancaq onun bununla nəyi nəzərdə tutduğunu bilmədim.
- Sizcə, “Minsk” çempionatımızda ilk “altılıq”da yer ala bilərdimi?
- Mən gördüyüm disklərə görə yox. Əgər “Minsk”i keçməyəcəyəmsə, onunda niyə işləyirəm? Ərizəmi yazıb gedərəm.
- Bu rəqibi keşməməyi faciə sayacaqsınız?
- Bunu özüm üçün faciə sayacağam. Mən futbolçularıma çox inanıram. Ancaq bu, o demək deyil ki, “Minsk” zəifdir. Rəqib haqda dediklərim mənim şəxsi fikrimdir. “Altılığ”a düşməyə layiqli komandalar çoxdur. Sadəcə, məsafəni düzgün getmək lazımdır.
- Yeni transfer Branislav Arseniyeviç haqda nə deyə bilərsiniz?
- Onu son olaraq iştirak ərizəmizə daxil etdik. Hər iki ayağı ilə yaxşı işləyir. Hündür futbolçudur, uzun ötürmələr verir, hücuma yaxşı qoşulur. O da bizim kimi hələ formasını tam yığmayıb. Ancaq bizə xeyir verə bilər. Bizdə 4 müdafiəçi vardı. Branislavla say 5 oldu. Bizə müdafiəçi çox lazım olduğundan, serbiyalını heyətimizə qatdıq.
- İlk mərhələni keçsəniz, yeni transferlər olacaq?
- Mütləq. Albaniya yığmasının futbolçusu Elvin Bulkunu da transfer etmişik. Ancaq hər mərhələdə yalnız bir yeni futbolçu sifariş edə bilərik.
- Komandalar bir-birini yaxşı tanımır. Hesab etmirsiniz ki, buna görə səfərdəki cavab görüşündə sizə daha rahat olacaq?
- Adətən avrokubokda ilk oyunu səfərdə keçirmək psixoloji üstünlük verir. Ancaq bu 2 oyundan ibarətdir və hər 2 matça çıxmalısan. Həm evdə, həm də səfərdə xal qazanıb, ölkəmizin reytinqini yüksəltməlisən. Biz şox şey deyə bilərik, ancaq bunun hamısını meydanda görünəcək. Şüvəlanda ilk oyunda “Bakı”nı çempionatda udduq. İstəyirik ki, avrokubokada da yeni stadionumuzda ilk görüşdə qalib gələrək, tarix yazaq.
- “Minsk”in baş məşqçisi Vitali Tarakanov Bakıda mətbuat konfransı keçirməyi lazım bilmədi. Hesab ermirsiniz ki, bununla bizə qarşı hörmətsizlik etdi?
- Mən belə deməzdim. Yəqin ki, vaxtı yoxdur, bu gün gəlirlər. Hər kəsin fikirnə hörmətlə yanaşıram. Bəlkə problemi var, bunu bilmək lazımdır. Hər şey ola bilər. Hər ikimiz baş məşqçiyik. Həmkar kimi bir-birimizə hörmətlə yanaşmalıyıq.
Mehman SÜLEYMANOV

0
0