Mirça Rednik Avstriyada nigeriyalı futbolçunu sınayır
29.06.2011 - 20:02
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsinə daha 1 futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, bu, nigeriyalı yarımmüdafiəçi Dino Ezedir.
27 yaşlı afrikalının son klubu Rumıniyanın aşağı dəstə təmsilçisi “Prahova Tomşani” olub. Bundan başqa o, indi onu sınayan Mirça Rednikin vətənində “Dinamo” (Buxarest), “Qloriya”, UTA, “Styaua”, “Çimia”, Livanda “Əl-Əhli”, həmçinin Bolqarıstanın “Beror” və “Lokomotiv” (Plovdiv) klublarında oynayıb.
Qeyd edək ki, Eze 2006-cı ildə Rednikin rəhbərlik etdiyi vaxtda “Dinamo”ya transfer olunub.

0
0