“Styaua”dan daha 2 transfer
29.06.2011 - 23:01
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” düşərgəsində olan daha 2 legionerlə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Rikardo Qomeş Vilana və Eder Joze de Oliveyra Bonfim Avroliqaya hazırlaşan komanda ilə 2 illik müqavilə imzalayıblar.
Rumıniyanın “Styaua” klubundan gələn 30 yaşlı braziliyalılar yenidən komanda yoldaşı olaraq, 2013-cü ilin yayına kimi çiyin-çiyinə mübarizə aparacaqlar.
“Xəzər Lənkəran”ın transfer etdiyi rumıniyalı hücumçu Marius Onofraş kimi “Styaua”dan gələn cənubi amerikalılar da əsasən Avropa komandalarındakı çıxışları ilə tanınır.
Karyerası daha çox Rumıniyaya bağlı olan, dayaq yarımmüdafiəçisi mövqeyində oynayan Rikardo 2 il öncə “Unireya”nın heyətində ölkə çempionu olub, Çempionlar Liqasının qrupunda iştirak edib.
Orta sahədə çıxış edən Ederin karyerası isə daha çox Portuqaliya ilə bağlıdır. “Benfika”, “Braqa” kimi klublarda oynayan Bonfim 2008-ci ildən Rumıniyada çıxış edir. O, “Styaua”da 19, Rikardo 16 oyun keçirib.

0
0