“Minsk”in baş məşqçisi: Bakıya qələbə dalınca gəlmişik
29.06.2011 - 21:44
AZAL-ın Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Belarusun “Minsk” klubu bu gün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, çarter reysilə axşam saatlarında paytaxtımıza təşrif buyuran rəqib hava limanından birbaşa “təyyarəçilər”lə sabah görüşəcəyi Şüvəlan qəsəbəsindəki stadiona yollanıb. Ölkəmizə 18 futbolçu gətirən “Minsk”in baş məşqçisi Vitali Tarakanov vaxt itirmədən komandasını AZAL-ın stadionunda məşqə çıxardı. Belaruslu çalışdırıcı onu stadionun qarşısında gözləyən azərbaycanlı jurnalistlərə bir neçə dəqiqə vaxt ayıraraq, onlarla ayaqüstü söhbətləşməyə razılaşdı. Tarakanov apasport.az-ın müxbirinin də suallarını cavablandırdı.
- Ölkəmizə xoş gəlmisiniz. Bakıya necə çatdınız?
- Sağ olun, yaxşı çatdıq. Bakıya mübariz əhval-ruhiyyədə gəlmişik.
- Komandamızla sabahkı oyunda əsas məqsədiniz nə olacaq?
- Biz həmişə müsbət nəticəyə ümid edirik. Ancaq eyni zamanda, komandanızın gücünü da yaxşı bilirik. Bu üzdən bilirik ki, istəyimizə çatmaq asan olmayacaq. Buna görə də qarşıdakı oyuna bütün məsuliyyəti ilə ciddi hazırlaşırıq.
- Rəqib haqda hansı ən son informasiyaları toplaya bildiniz?
- Biz AZAL-ın keçmiş futbolçusu, həmyerlimiz Gennadi Bliznyukla əlaqə saxladıq. Ondan müəyyən informasiyaları qopara bildik. İnternetdə də məlumat topladıq. Biz başa düşürük ki, sabah bizi çox ciddi oyun gözləyir. Onu da bilirik ki, sizdə çoxlu legionerlər var. Onlar komandada aparıcı rollardadırlar. AZAL da yetərincə perspektivli klubdur. Futbolunuzun yaxşı səviyyədə olduğunu anlayırıq.
- Futbolçunuz Andrey Xaçaturyanın zədəsi çox ciddi idi ki, onu Bakıya gətirmədiniz? Bəlkə o, özü gəlmək istəmədi?
- Yox. O, son turda ciddi zədə aldı. Məncə, Andrey minimum 10 günlük sıradan çıxdı.
- Belə çıxır ki, iyulun 7-də cavab görüşündə də oynamayacaq?
- Yəqin ki, yox. Ancaq biz ümid edirik ki, həkimlər onu həmin vaxta kimi ayağa qaldıra biləcəklər. Ancaq çox güman, həmin vaxta zədəsini sağalda bilməyəcək.
- Xaçaruryan özü Bakıya gəlmək istəyirdi?
- Bəli. Ancaq ona Minskdə qalıb, zədəsini sağaltmaq lazım idi.
- Yəni deyirsiniz ki, erməni soyadı daşısa da, Azərbaycana gəlməyə hazır idi...
- Mən artıq bu suala cavab vermişəm. Andreyin soyadı atası tərəfindən gəlir. Əslində o, belarusludur, orada doğulub, boya-başa çatıb. Atası isə Ermənistanda anadan olsa da, 3 yaşında Belarusa köçüb. İnsanlar bütün həyatları boyu burada yaşayıblar.
- Sizi sabah konkret hansı nəticə qane edəcək?
- Bizi konkret olaraq 2 oyunun yekununa görə müsbət nəticə qane edəcək.
- Səfərdəki ilk görüşdə konkret məqsədiniz yoxdur?
- Biz qalib gəlməyə çalışacaq. Bura qələbə dalınca gəlmişik.
Mehman SÜLEYMANOV

0
0