AZAL-dan “Minsk”ə peşəkarlıq nümunəsi
30.06.2011 - 08:00
AZAL-dan “Minsk”ə peşəkarlıq nümunəsi
Bu gün Avroliqanın I təsnifat mərhələsi çərçivəsində “Minsk”lə qarşılaşacaq AZAL-ın cavab oyunu üçün Belarusun paytaxtına yollanacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Minskə iyulun 5-də səhər saatlarında yola düşərək,“Viktoriya” otelində məskunlaşacaq. Bununla da komandamız Belarus klubundan fərqini ortaya qoyaraq, rəqibə peşəkarlıq nümunəsi göstərib. Belə ki, əlavə xərcə düşməmək üçün Minskin eyni adlı klubu Bakıya dünən axşam saatlarında gəlib. Ancaq “təyyarəçilər” cavab oyununa 1 yox, 2 gün əvvəldən yollanacaq. Bu da Nazim Süleymanovun yetirmələrinin qarşılaşmaya daha yaxşı hazırlaşması deməkdir.

Qeyd edək ki, AZAL-ın cavab oyunu iyulun 7-də Bakı vaxtı ilə saat 22:00-da Minskdəki “Dinamo” stadionunda baş tutacaq. Görüş ANS TV vasitəsilə birbaşa yayımlanacaq.