Milli komandamızın futbolçuları “İnter”in hazırlığına qatıldılar
30.06.2011 - 08:55
Milli komandamızın futbolçuları “İnter”in hazırlığına qatıldılar
“İnter”in daha 2 futbolçusu Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İsparta şəhərində gündə iki dəfə məşq edən Kaxaber Tsxadadzenın yetirmələrinə klubla yeni müqavilə imzalamış kapitan Vlаdimir Levin və U-19 milli komandamızın düşərgəsindən qayıdan Aleksandr Qross da qoşulublar.

Bu futbolçular gecə saatlarında Türkiyəyə gəldiklərindən ilk gün fərdi proqram üzrə məşqlər ediblər.

Qeyd edək ki, “İnter” İspartada 3 yoxlama oyunu keçirməyi planlaşdırır.