“Mövsümün ən yaxşı oyununu göstərə bilsək, nəyəsə nail olarıq”
30.06.2011 - 09:39
“Qarabağ”la oyunda uduzmamaq bizim üçün müsbət nəticə sayılacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Litvanın “Banqa” klubunun baş məşqçisi Arminas Narbekovas deyib.
Postsovet məkanında “Jalgiris”dəki çıxışları ilə tanınmış mütəxəssis Avroliqanın I təsnifat mərhələsinin “Qarabağ”la oyunu ərəfəsində baş tutan mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Matçda nə isə yaxşı olacağını demək çətindir. Bircə ondan qorxuram ki, futbolçularımız “yanar”. Axı onların çoxu bu səviyyədə ilk matçına çıxacaq. Lakin mövsümün ən yaxşı oyununu göstərə bilsək nəyəsə nail olarıq”.

0
0