“Neftçi”nin oyununda fransız hakim
30.06.2011 - 09:22
“Neftçi”nin oyununda fransız hakim
"Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb "Dinamo"su keçirəcəyi ilk oyununun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilə iyulun 13-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq görüş fransız referi Antoni Qotyeyə tapşırılıb. 34 yaşlı hakimin köməkçiləri hələ ki məlum deyil.

Qeyd edək ki, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Mənbə: neftchifc.com