“Bakıda sərfəli nəticə əldə edib, Minskə rahat getmək istəyirik”
30.06.2011 - 10:01
“Mən oyundan qabaq proqnoz verməyi xoşlamıram. Ancaq “Minsk”lə görüşdə çalışıb, yaxşı nəticə qazanmaq istəyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Avroliqada təmsil edən AZAL klubunun kapitanı Aqil Nəbiyev deyib. Təcrübəli müdafiəçi Belarusun “Minsk” klubu ilə bugünkü ev oyununda qələbə haqda düşünür.
Aqil I təsnifat mərhələsinə hazırlığı yaxşı qiymətləndirir: “Komandamız “Minsk”lə oyuna 20 gün hazırlaşdı. Bu müddətdə intensiv məşqlərimiz oldu. Oyuna 1 həftə qalmış taktiki-texniki məşqlər keçdik. Komandamız 100 faiz də olmasa, 70-80 faiz hazırdır. Bakıda sərfəli nəticə əldə edib, iyulun 7-də Minskdəki cavab görüşünə rahat getmək istəyirik. Əlbəttə, evdə mütləq qol buraxmamalıyıq. Öz meydanında qol buraxmamaq burda ən azı 2 top vurmaq deməkdir”.
Milli komandamıza da cəlb olunan Nəbiyev AZAL-ın kollektivinə güvənir: “Mən bir kapitan kimi komandaya inanıram. Biz yüksək səviyyədə hazırlıq keçdik. Kollektivimiz güclüdür. Mən kollektivimizə inanıb, bu sözü burda deyirəm ki, komandadan sərfəli nəticə gözləyirəm”.
Mehman SÜLEYMANOV

0
0