Viktor İqbekoyi: Biz öz gücümüzü qoysaq, problem olmayacaq
30.06.2011 - 10:20
“Biz “Minsk”lə oyuna yüksək səviyyədə hazırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun nigeriyalı futbolçusu Viktor İqbekoyi deyib. Uzun müddətdir ölkəmizdə çıxış edən legioner ilk dəfə avrokubok həyəcanını yaşayacaq. Viktor bütün diqqətini Avroliqanın I təsnifat mərhələsində Belarusun “Minsk” klubu ilə ilk oyuna yönəldib: “Mən ancaq oyun haqda fikirləşirəm. Yalnız qələbə qazanmaq düşünürəm. Evdə oynadığımızdan, buna mütləq nail olmalıyıq”.
Ölkəmizdə ilk vaxtlar hücumçu kimi çıxış edən İqbekoyi hazırda AZAL-da orta sahədə çıxış edir. Bombardirlik keyfiyyətlərini göstərə bilən nigeriyalı futbolçu baş məşqçinin tapşırıqlarına əməl etməyi daha üstün tutur: “İndi hücumda yox, yarımmüdafiədə oynamağımda problem yoxdur. Meydanda harada oynamağıma baş məşqçi qərar verir. O, harada deyəcək, orda da oynayacağam. Mən buna etiraz edə bilmərəm. Çünki futbolçu baş məşqçinin meydandakı tapşırıqlarını yerinə yetirməlidir”.
Viktor “Minsk”i yaxşı rəqib sayır: “Minsk” pis komanda deyil. Ancaq biz öz gücümüzü qoysaq, problem olmayacaq. İnşallah, qələbə istəyimizə çatarıq”.
Qeyd edək ki, İqbekoyi ölkəmizdə əvvəl “Turan”, daha sonra “Qarabağ”da oynayıb.
Mehman SÜLEYMANOV

0
0