Andrey Arşavin: Məni Azərbaycan toyunda buna məcbur etdilər
30.06.2011 - 10:33
Rusiya yığmasının və “Arsenal”ın hücumçusu Andrey Arşavin Azərbaycana səfəri çərçivəsində maraqlı hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, onu Bakıya istirahətə dəvət edən dostları toy mərasiminə aparıblar.
Bu azmış kimi, əl-qol açıb oynamaqla heç arası olmayan Arşavinə bunu etməyə Azərbaycan toyunda məcbur ediblər: “Mən ümumiyyətlə, rəqs etməyi elə də sevmirəm. Üstəlik, bunu bacarmıram. Məni Bakıda faktiki olaraq buna məcbur etdilər. İmtina edə bilməzdim. Çünki bunu məndən bəylə gəlin xahiş etdi. Ümid edirəm ki, mərasimin səbəbkarlarını sevindirdim. Hər halda, bu, mənim özümə şən oldu”.
Qeyd edək ki, Andrey ölkəmizdə olduğu bir neçə gündə Bakıda və Qəbələdə dincəlib.

0
0