Nuqzar Kvirtiya: Hər şey bizim özümüzdən asılı olacaq
30.06.2011 - 11:01
“Minsk”lə oyuna hazırlığımız tam axarı ilə keçdi. Biz qalib gəlmək istəyirik. Baxaq görək necə olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın gürcü futbolçusu Nuqzar Kvirtiya deyib. Sol cinah oyunçusu 2 ildir şərəfini qoruduğu komandasının heyətində avrokuboklarda debüt edəcək.
Nuqzar bugünkü debütünü qələbə ilə qeyd etmək istəyir: “Allahın köməyi ilə qalib gələrik. Oyuna qədər şanslar bərabərdir. İndi deyə bilmərəm ki, qalib gələcəyik, yoxsa məğlub olacağıq. Bu, qismətdən asılıdır. Hər şey bizim özümüzdən asılı olacaq”.
Legioner AZAL-ın yeni futbolçularına ümidi böyükdür: “Fikrimcə, yeni futbolçularımız komandaya kömək edəcəklər. 4 yeni transferimiz var. İkisi “Muğan”dan gələn azərbaycanlı futbolçular, 2-si legionerdir. Biri ən yaxşı müdafiəçi seçilib, digəri Albaniya yığmasının kapitanıdır. Məncə, yeni futbolçular bizə kömək etməlidirlər. Hər halda, onlar yaxşı futbolçulardır”.
Kvirtiya Belarus təmsilçisi ilə evdəki görüşdə qol vurmağın vacibliyini bildirib: “Əlbəttə, oynasam, qol vurmağa çalışacağam. Meydanda olsam, bunun üçün əlimdən gələni edəcəyəm. Bu, Allahın işidir. Qismətimdə olsa, fərqlənəcəyəm”.
Mehman SÜLEYMANOV

0
0