“Minsk”in futbolçusu: Çox şey Bakıdakı oyunda həll olunacaq
30.06.2011 - 11:42
“Olimpik” püşk zamanı bizim üçün ən yaxşı variant deyildi. Ancaq pis variant da deyil. Belə demək olar ki, qızıl ortadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AZAL-ın Avroliqada rəqibi olan Belarusun “Minsk” klubunun futbolçusu Denis Saşeko deyib. UEFA “Olimpik-Şüvəlan” kimi göstərdiyi komandamızla bu gün I təsnifat mərhələsində səfərdə oyuna çıxacaq yarımmüdafiəçi turnirdə ölkələrini layiqincə təmsil edə biləcəklərinə əmindir: “Son vaxtlar komanda zədə epidemiyası təqib edir. Başqa heç bir problemimiz yoxdur. Hamımızda fiziki durum yaxşıdır. Heç kim yorğunluqla bağlı şikayət etmir. Ab-hava yaxşıdır”.
Saşeko Azərbaycandan fərqli ölkələrində çempionatın keçməsini üstünlük sayır: “Azərbaycanda çempionat qurtarıb, bizdə isə birincilik yeni-yeni sürət yığır. Bu, bizim xeyrimizə ola bilər. Əgər oyunlar daim gedirsə, istənilən halda, özünü tonusda saxlayırsan. Mövsümlərarası fasilədə bu cəhətdən çətindir. Hər halda, yoldaşlıq görüşləri rəsmi oyunlar deyil. Bizim üçün daha bir müsbət amil cavab oyununun Minskdə keçirilməsidir. Bu, bizim pis deyil. Ancaq biz başa düşürük ki, hər 2 oyun çox vacibdir”.
Denisin fikrincə, çox şey bu gün Bakıdakı ilk oyunda həll olunacaq: “Yəqin ki, rəqib daha çox hücum edəcək. Onların üstünlüyü sintetik meydançadır. Təbii qazondan süniyə keçmək həmişə çətindir. Topun sıçrayışı adət etmədiyindir. Uyğunlaşmağa hansısa vaxt gedəcək. Əlbəttə, bütün suallara yalnız oyun cavab verəcək. Ancaq fikrimcə, “Olimpik” gücümüzə görə rəqibdir”.

0
0