“Vaqif Cavadov bu gün bizə lazım olan hücumçudur”
30.06.2011 - 12:55
“Vaqif çox perspektivli oğlandır, futbolçudur. Onun vaxtı çatıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Volqa” klubunun prezidenti Aleksey Qoyxman deyib. Premyer Liqada debüt mövsümünü keçirən Nijni-Novqorod təmsilçisi Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovu transfer edib. Qoyxman 22 yaşlı futbolçumuza böyük ümidlər bəsləyir: “Vaqifin Hollandiyanın “Tvente” klubunda karyerası alınmadı. Ancaq Stiv Maklaren futbolçuları elə-belə, gözəl gözlərinə görə çağırmır. Onu da qeyd edim ki, Cavadov “Tvente”yə Azərbaycanın “Qarabağ” klubundan düşüb. O, parlaq oyunu ilə azarkeşlərin əsl sevimlisi olub. Bu, gənc oyunçunu xarakterizə edir. Biz hesab edirik ki, Vaqifin Rusiya Premyer Liqa klubuna gəlişi ona karyerasında inamlı addım atmağa yardımçı olacaq”.
Prezident Cavadovda diqqəti çəkən cəhətlərdən də söz salıb: “Məşqçilərimizin və seleksiyaçılarımızın diqqətini onun qapıya istiqamətlənməyi, hündür boyunda ayaqları ilə oynamağı, beynəlxalq təcrübəsinin az olmamağı, psixoloji etibarlığı cəlb etdi. Özü də bu, gənc yaşlarındadır və hələ reallaşdırılmayan potensialındadır. Vaqif əsl mənada ciddi iş üçün acdır. O, “Volqa”ya bu gün lazım olan hücumçudur. Ümid edirəm ki, o, yaxın vaxtda Rusiya çempionatında özünü göstərəcək. Necə ki Otar Martsvaladze bunu edə bildi”.
Qeyd edək ki, “Volqa” mövsümə inamla başlasa da, sonradan uğursuzluq zolağına düşdü. Nəticədə “Anji”ni Mahir Şükürova gətirən, bundan sonra Nijni-Novqorod təmsilçisini çalışdıran gürcü baş məşqçi Omari Tetradze istefaya göndərildi. İlk dövrəni 12-ci yerdə bitirən komandanı Rusiyanı tanınmış futbolçusu, məşqçilikdə ilk addımlarını atan 42 yaşlı Dmitri Çerışev çalışdırır.

0
0