“Neftçi”nin hücumçusunun yeni tapıntısı
30.06.2011 - 13:26
“Neftçi”nin hücumçusunun yeni tapıntısı
Çempionlar Liqasına hazırlaşan “Neftçi” klubunun futbolçusu Emil Mpenza yenidən Belçika mətbuatının gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb 33 yaşlı hücumçunun yeni eşqə düşməsidir. Belçikalı həmkarlarımız milli komandanın sabiq futbolçusunun indi də Şana adlı qızla sevgi macəraları yaşadığını iddia edir. Gənc xanım bu münasibətlə bağlı açıqlama da verib: “Biz Emilin ad günündə tanış olmuşuq. Təxminən 1 ay əvvələ təsadüf edən həmin görüş onun əmisi oğlunun sayəsində mümkün olmuşdu. Bu, ilk baxışdan məhəbbətdir. Emilin əvvəlki macəralarından xəbərim var. Lakin bu onun öz həyatıdır”.

Qeyd edək ki, Mpenzanın Ceyd Fore ilə eşq macərası da dünya mətbuatında geniş yer almışdı. Sonradan məşhur model Didye Droqba, ardınca isə milyonçulardan biri ilə münasibət qiraraq Emili unutmağa çalışır.