“Abşeron”u Premyer Liqada əvəzləyəcək komanda dəqiqləşdi
30.06.2011 - 13:42
Sumqayıt şəhəri yenidən Azərbaycan milli çempionatında təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu Premyer Liqamızın növbəti mövsümündə iştirak edəcək. Bununla bağlı klub rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Klubun maliyyə stabilliyini və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi müraciəti müsbət qarşılayıb.
I divizionda ötən mövsümün yekunlarına əsasən, 1-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan “Abşeron”un rəhbərliyi klubun maliyyə problemləri ilə əlaqədar olaraq iştirakdan imtina edib. Bundan sonra “Sumqayıt Şəhər” klubu bütün hüquqi sənədləri həll edərək, yeni mövsümdən yüksək liqada iştirak edəcək. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün “Azərkimya” İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalayıb. Klub rəhbərliyi inanır ki, komandaları baxımlı oyunu ilə azarkeşlərinə bol-bol sevinc bəxş edəcək və Sumqayıtda futbol ənənəsini daha yüksək şəkildə davam etdirəcək.
Klubun prezidenti Kamran Quliyev təyin olunub. Məşqçi heyəti və futbolçular barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Sumqayıt indiyə kimi milli çempionatımızda bir neçə adda komanda ilə təmsil olunub. Sonuncusunun adı “Sumqayıt” olub ki, həmin komanda I divizionda ötən çempionatı 7-ci yerdə bitirib.

0
0