Azərbaycan millisi Belarusla qarşılaşacaq
30.06.2011 - 14:11
Azərbaycan millisi Belarusla qarşılaşacaq
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri bu dəfə Belarusda hazırlıq keçəcək. Yığmamız iyulun 3-dən 8-ə qədər bu ölkənin paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində yığmamız Belarusun qızlardan ibarət U-17 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Mənbə: affa.az