Vobayla Opara “Xəzər Lənkəran”ın hazırlığına qatıldılar
30.06.2011 - 14:25
“Xəzər Lənkəran” klubunun afrikalı futbolçuları hazırlığa qatılıb. Apasport.az saytının məlumatına görə, Syerra Leone yığmasının yarımmüdafiəçisi Culius Vobayla nigeriyalı hücumçu Emeka Opara komandanın Avstriyada təlim-məşq toplanışına qatılıblar. Onlar bu gün səhər məşqində iştirak ediblər. Opara ilə Vobay viza problemləri üzündən Bakıda qalmışdılar. Bu məsələnin həllini gözləyən afrikalılar istəklərinə çatandan sonra lənkəranlıların təlim-məşq toplanışında olduğu Fulmpes şəhərciyinə yollana biliblər.
0
0