Əvvəl Sumqayıt, sonra Belarus
30.06.2011 - 14:15
Əvvəl Sumqayıt, sonra Belarus
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri ardıcıl 2 təlim-məşq toplanışı keçirəcək. Yığmamız iyulun 15-dən 18-ə qədər Sumqayıtda, iyulun 19-dan 28-dək isə Belarusun paytaxtı Minskdə hazırlıq keçəcək. Millimiz iyulun 23-də və 25-də belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.

Mənbə: affa.az