“Şalke” mənə Azərbaycandan qayıdandan sonra istirahət verdi”
30.06.2011 - 15:36
“Şalke” mənə Azərbaycandan qayıdandan sonra istirahət verdi”
“Milli komandamızın Avstriya və Azərbaycan milli komandaları klubum mənə daha bir neçə istirahət verdi. Ancaq mən bunu heç istəmirdim. Axı mən futboldan çox qalmağı sadəcə, dözməzdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının futbolçusu Luis Holtbi deyib. Vətənində “Şalke” klubunda oynayan gənc yarımmüdafiəçi Avro-2012-in seçmə mərhələsində Bakıya gətirilsə də, ehtiyatda qaldı. Holtbi özünü futbolsuz təsəvvür etmir: “Ayağının yanında topu hiss etmək sözlə ifadə oluna bilməyən duyğulardır. Mənim hələ milli komandamızın oyunlarına qədər istirahət etməyə bir neçə gün imkanım vardı. Axı Bundesliqada mövsüm hələ mayın 14-də yekunlaşıb. Bir müddət ailəmlə keçirdim, daha bir neçə gün isə Belçikada oldum. İndi futbol mövsümünün nə vaxt başlayacağını səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Luisin adını sonradan Avstriya və Azərbaycan yığmaları ilə oyunlara daxil etmişdi.