AZAL üçün 2 Angelov
30.06.2011 - 16:18
AZAL üçün 2 Angelov
Azərbaycanı Avroliqada təmsil edən AZAL-ın Belarusun “Minsk” klubu ilə cavab oyununda baş hakim Angel Angelovun köməkçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 7-də Minskdə keçiriləcək görüşdə bolqar FİFA referisinə həmyerliləri Nikolay Angelov, Ventsislav Qavrilov və Aleksandar Kostadinov yardımçı olacaqlar. Hakimlərin işinə rumıniyalı hakim-inspektor Patritiu Abrudan qiymət verəcək. Görüşün UEFA nümayəndəsi macarıstanlı Marton Esterhazi təyin olunub.