Futbol çempionatı bağlanmaq təhlükəsi ilə üzləşib
30.06.2011 - 16:56
Cənubi Koreyada futbol çempionatı bağlanmaq təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ölkənin mədəniyyət, idman və turizm nazirinin müavini Pak Son Qyu bununla bağlı açıqlama verib. O, bunu artan danışılmış oyunlarla əlaqələndirib. Bununla əlaqədar Cənubi Koreyadakı qalmaqal nəzarətdən çıxmağa yaxındır. Hökumət isə liqanı bağlamaqla bağlı hədə-qorxu gəlir.
Qyu bildirib ki, rüşvətdə futbolçuları tutulan komandalar liqanı tərk edəcək: “Əgər iyuldan başlayaraq hansısa futbolçunun danışılmış oyunlarda əli olarsa, klubu çempionatı dərhal tərk edəcək. Ən pis halda, biz bütün liqanı bağlamaq variantını nəzərdən keçiririk. Onda biz buna məcbur olacağıq. Problem təkcə ayrı-ayrı futbolçularda deyil, hər şey daha ciddidir. Komandalar bu neqativ hadisənin geniş yayılmamağı üçün məsuliyyətli hərəkət etməlidir. Bu hallarda bütün komanda, o cümlədən rəhbərlik məsuliyyət daşımalıdır. Prokurorluq araşdırmasının nəticələrini iyulun 7-də elan etməyi planlaşdırır”.
Qeyd edək ki, Cənubi Koreyanın Futbol Assosiasiyası ötən həftə yüksək liqada 10 futbolçunu ömürlük cəzalandırıb. Onlar bilərəkdən oyun uduzmağa görə pul almaqda günahlandırırlar. Futbolçuların günahları tam sübuta olunarsa, onları 7 il həbs cəzası gözləyir.

0
0