“Kəpəz”ə baxışa daha 4 legioner gəldi
30.06.2011 - 18:09
Gəncənin “Kəpəz” klubuna yeni legionerlər baxışa gəlib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Mehman Allahverdiyevin sərəncamında Afrikadan baxışa gələn 4 futbolçu ilə yanaşı, daha 4 legioner var. Belarusun Moqilyov şəhərinin “Dnepr” klubunda oynamış 24 yaşlı dayaq yarımmüdafiəçisi Anton Qayla Moldovanın “Tiraspol” komandasında çıxış etmiş 22 yaşlı hücumçu Yuri Bondarçuk gəncəlilərin hazırlığına qatılıb. Allahverdiyev onları fiziki və taktiki hazırlığını yoxlayır.
Bu gün baxışa dəvət olunan 2 legioner isə Rusiyadan gəlib. Allahverdiyev “Ryazan”ın şərəfini qorumuş 31 yaşlı mərkəz müdafiəçisi Nelson Leodla Rusiyanın Oryol şəhərinin “Ruciçe” komandasında oynamış 28 yaşlı Nikolay Cvejinçevi də sınaqdan keçirəcək.
Qeyd edək ki, gündə 2 dəfə olmaqla məşqlərini davam etdirən “Kəpəz” bir neçə yerli futbolçu transfer edib.

0
0