“Neftçi”nin avrokuboklardakı rekordlarından biri qırıldı
30.06.2011 - 22:26
Avroliqanın I təsnifat mərhələsində Litvanın “Banqa” klubu ilə qarşılaşan “Qarabağ” avrokuboklarda 29-cu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bununla da ağdamlılar yeni Azərbaycan rekordu müəyyənləşdirib. Belə ki, bu görüşədək “Qarabağ” və “Neftçi” eyni sayda – 28 dəfə avrokubok oyununa çıxmışdı.
Uzun müddət bu göstəricidə mütləq rekordçu olan “Neftçi” son 2 mövsümdə qitə kuboklarında oynamamaq üzündən rekordla vidalaşıb. Belə ki, arxada qalan son 2 mövsümdə keçirdiyi 14 oyunla “Qarabağ” aralarındakı 2 qat fərqi aradan qaldırmışdı.
Qeyd edək ki, bu göstəricidə 3-cü olan “Bakı” “Qarabağ”ın 29 ounluq göstəricisindən az qala 2 dəfə geri qalır – 16 matç.
Vüqar XEYRLLLAYEV

0
0