Süleymanov, Musayev və davamçıları
30.06.2011 - 23:03
Süleymanov, Musayev və davamçıları
Avroliqanın I təsnifat mərhələsində keçirilən “Banqa” (Litva) – “Qarabağ” (Azərbaycan) oyununda (0:4) vurulan 2-ci qol Azərbaycan futbolu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Vüqar Nadirovun qarşılaşmada özünün ilk, komandasının 2-ci dəfə sevinməsi sayəsində avrokuboklar tarixində 100-cü yubiley qolumuz qeydə alınıb.

1994-cü ildə qitə arenasına çıxan klublarımız cari mövsümədək 97 qol sevinci yaşamışdı. 98-ci qol yarım saat tez başlayan AZAL – “Minsk” (Belarus) görüşündə vuruldu. Ağdamlılar isə bu rəqəmi nəinki 100-ə çatdırdılar, hətta 102-də dayandılar. Ağdamlilar 4 qol vurmaqla həm də avrokuboklardakı qol sayında “Neftçi”ni arxada qoyub.

Avrokuboklardakı yubiley qollarımız

1. Yadigar Süleymanov (UEFA kuboku, 22.08.1995, “Austriya” – “Kəpəz”)
25. Bəxtiyar Musayev (UEFA kuboku, 24.08.2000, “”HİT-Qoritsa” – “Neftçi”)
50. Amiran Muciri (İntertoto kuboku, 30.06.2007, “Daçiya” – “Bakı”)
75. Rəşad Sadıqov (UEFA kuboku, 23.07.2009, “Qarabağ” – “Rusenborq”)
100. Vüqar Nadirov (Avroliqa, 30.06.2011, “Banqa” – “Qarabağ”)

Mövsümlər üzrə qollarımız

1994/95 0
1995/96 1
1996/97 5
1997/98 0
1998/99 4
1999/2000 6
2000/01 9
2001/02 1
2004/05 6
2005/06 10
2006/07 6
2007/08 7
2008/09 11
2009/10 15
2010/11 16
2011/12 5

Kuboklar üzrə qollarımız

UEFA kuboku/Avroliqa 53
ÇL 29
İntertoto 19
Kuboklar Kuboku 1

Klublar üzrə qollarımız

Qarabağ (Ağdam) 26
Neftçi (Bakı) 23
Bakı 16
İnter (Bakı) 8
Şəmkir 7
Xəzər Lənkəran 6
Gəncə 5
Karvan (Yevlax) 3
AZAL (Bakı) 2
Xəzri (Buzovna) 2
Viləş (Masallı) 2
MKT-Araz (İmişli) 1
Bakı fəhləsi (Maştağa) 1

Vüqar XEYRULLAYEV