“Təsadüfi deyil ki, biz perspektivli hücumçu olan Vaqif Cavadovu dəvət etdik”
01.07.2011 - 08:45
Rusiyanın “Volqa” klubunun baş məşqçisi Dmitri Çerışev Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovu transfer etmələrini məntiqə uyğun sayır. Apasport.az saytının məlumatına görə, 42 yaşlı çalışdırıcı gənc hücumçumuzun gəlişi ilə ön xətdəki boşluğun aradan qaldırılacağına ümid edir.
Çerışevın fikrincə, 22 yaşlı Cavadov “Volqa”nın liderlərindən olan hücumçu Otar Martsvaladzenin gedişindən sonra layiqli əvəzləyici olmalıdır: “Martsvaladzenin gedişinə görə yalnız təəssüfümü ifadə edə bilərəm. Biz yaxşı hücumçunu itirdik. Buna görə transfer kampaniyamızda əsas məqsədlərimizdən birinin hücum xəttinin gücləndirilməsi idi. Təsadüfi deyil ki, biz Azərbaycan yığmasının perspektivli hücumçusu Vaqif Cavadovu dəvət etdik. Digər transferlər haqda hələ konkret danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, xarici toplanışda bizimlə 5-6 yeni futbolçu işləyəcək. Bundan əlavə, gənclər heyətindən hazırlığa 3 futbolçu cəlb etməyi planlaşdırıram”.

0
0