Milli komandamızın futbolçusu Avstriyaya yollanacaq
01.07.2011 - 09:33
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov vətənə dönüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçumuz Rusiyanın “Volqa” klubu ilə rəsmi müqavilə imzaladıqdan sonra Bakıda, evində olmaq üçün yaranan az fasilədən istifadə edib. Vaqif artıq bir neçə gündən sonra Nijni-Novqorod təmsilçisinin hazırlığına qoşulacaq. Bu, Avstriyada təlim-məşq toplanışında olacaq və həmyerlimiz orada formasını bərpa edərək, yeni komandasına uyğunlaşacaq.
Cavadov milli komandamızın ötən ayın əvvəlində rəsmi oyunlarından sonra Hollandiyaya yollandı. Müqavilə ilə məxsus olduğu “Tvente”nin hazırlığına qatılan hücumçu bir neçə günlük məşqdən sonra gələcək taleyinə aydınlıq gətirdi. Enshede təmsilçisinin Vaqiflə müqaviləni pozması onun sərbəst futbolçu kimi istənilən kluba keçidinə imkan yaratdı.
Qeyd edək ki, Rusiya Premyer Liqasında hazırda dövrlərarası fasilədir və “Volqa” 15 oyundan sonra 16 xalla 12-ci yerdə gedir. Cavadovun yeni komandasını növbəti oyununu XVII turda iyulun 24-də evdə Moskva “Spartak”ı ilə keçirəcək.

0
0